Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirdə diplomatik korpusun nümayəndələri də iştirak ediblər [Foto]
Tbilisidə, Azadlıq meydanında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
700-ə yaxın çağırışçı hərbi and içərək Gürcüstan Müdafiə Qüvvələrinə qoşulub. Yeni çağırışçılar həmçinin Nokalakevidə – Tsixeqoji qalasının yaxınlığında, Qequtidə – Gürcüstanın görkəmli krallarının sarayında, Vecini Amağleba kompleksində, Samtavisi kafedralı yanında və Dariali dərəsində and içiblər.
Gürcüstan Müdafiə Qüvvələrinin tərkibinin təqdim olunduğu tədbirdə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, Müdafiə naziri İrakli Çikovani, məhkəmə hakimiyyətinin, konstitusiya orqanlarının və kilsənin nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, tədbir zamanı ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə və beynəlxalq missiyalarda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



