Gürcüstanın müstəqillik günü münasibətilə Rio-de-Janeyronun əsas simvolu, Məsihin heykəli Gürcüstan bayrağının rəngləri ilə işıqlandırıldı
Gürcüstanın müstəqillik günü münasibətilə Rio-de-Janeyronun əsas simvolu, Məsihin heykəli Gürcüstan bayrağının rəngləri ilə işıqlandırıldı

Gürcüstanın müstəqillik günü münasibətilə Braziliyanın Rio-de-Janeyro şəhərinin əsas turistik məkanı – Məsihin heykəli Gürcüstan bayrağının rəngləri ilə işıqlandırıldı, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

Agentliyin məlumatına görə, Müstəqillik Günü Gürcüstan səfirliklərinin təşkilatçılığı ilə dünyanın 50-dən çox şəhərində qeyd olunur.

“Gürcüstan səfirliklərinin təşkilatçılığı ilə bütün dünyada Müstəqillik Gününün qeyd edilməsinə başlanılıb. Gürcüstanın diplomatik nümayəndəlikləri bu günü müxtəlif tədbirlərlə qeyd edirlər. Gürcüstanın Müstəqillik Gününü qeyd etmək üçün Braziliyanın Rio-de-Janeyro şəhərinin əsas turistik məkanı olan Məsihin heykəli Gürcüstan bayrağının rəngləri ilə işıqlandırıldı.

Qeyd etmək lazımdır ki, Gürcüstan səfirliklərinin təşkilatçılığı ilə Müstəqillik Günü dünyanın 50-dən çox şəhərində qeyd olunur”, – məlumatda deyilib.