Gürcüstanın Müdafiə nazirinin birinci müavini Paata Patiaşvili Ramşteyn formatında keçirilən onlayn görüşdə iştirak edib
Gürcüstanın Müdafiə nazirinin birinci müavini Paata Patiaşvili Ramşteyn formatında keçirilən onlayn görüşdə iştirak edib.
Ukraynanın Müdafiə üzrə Əlaqə Qrupunun 29-cu görüşünə Birləşmiş Krallığın müdafiə naziri Con Hill və Almaniyanın müdafiə naziri Boris Pistorius rəhbərlik edirdi.
İclasın iştirakçılarına NATO-nun baş katibi Mark Rutte müraciət edib.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq qrupun üzvləri Ukraynada davam edən müharibənin vəziyyətini müzakirə ediblər. Onlar həmçinin Ukraynaya hərbi yardımın yeni təşəbbüsü və təcili dəstək ehtiyacları barədə müzakirə aparıblar.
Görüşdə alyansa üzv və tərəfdaş ölkələrin müdafiə qurumlarının rəhbərləri və yüksək səviyyəli rəsmi şəxsləri iştirak ediblər.
Ramşteyn formatı Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə 2022-ci ilin aprelində yaradılıb, 2025-ci ilin 13 fevralından etibarən isə ona Birləşmiş Krallıq Almaniya ilə birgə koordinatorluq edir.