Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarı ilə telefonla danışıb
Gürcüstan Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefonla danışıb.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Çikovani Naxçıvan Muxtar Respublikasında bir neçə vətəndaşın xəsarət alması ilə nəticələnən dronlarla həyata keçirilən hücumla bağlı narahatlığını bildirib.
“Tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığı, regiondakı mövcud vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Nazirlər həmçinin ikitərəfli hərbi əməkdaşlığın inkişafını müzakirə ediblər”, – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.