Gürcüstanın Müdafiə naziri ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən şəxslə tanışlıq məqsədli görüşü keçirib

21:00, 14.08.2026

Gürcüstan Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri vəzifəsini icra edən Emi Diaz ilə tanışlıq məqsədli görüş keçirib.

Müdafiə Nazirliyinin məlumatına görə, görüş çərçivəsində tərəflər Gürcüstan və ABŞ arasındakı münasibətləri və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə müdafiə nazirinin birinci müavini Paata Patiaşvili və ABŞ müdafiə attaşesi polkovnik Conatan Adams iştirak ediblər.

Oxşar