Gürcüstanın Milli Bankı pul siyasətinin faiz dərəcəsini dəyişməz, 8.0 faizdə saxlayır
Gürcüstanın Milli Bankı pul siyasətinin faiz dərəcəsini dəyişməz, 8.0 faizdə saxlayır

 

Gürcüstanın Milli Bankının Pul Siyasəti Komitəsi 2025-ci ilin noyabrın 5-də keçirilən iclasında pul siyasətinin faiz dərəcəsini (yenidən maliyyələşdirmə dərəcəsini) dəyişməz saxlayıb. Pul siyasətinin faiz dərəcəsi 8.0 faiz təşkil edir. Bu haqda məlumatı Milli Bank yayır.

2025-ci ilin oktyabr ayına olan vəziyyətə görə Gürcüstanda qiymətlərin ümumi səviyyəsi illik 5.2 faizlə artıb. Hədəf, üç faizlik göstərici ilə müqayisədə inflyasiyanın artımını əsasən ərzaq inflyasiyası şərtləndirir, bu isə qismən əvvəlki ilin aşağı baza təsirinin və ekzogen amillərin əksidir. Qida məhsullarını istisna etməklə inflyasiya göstəricisi və eyni zamanda uzunmüddətli inflyasiya gözləntilərini yaxşı əks etdirən nisbətən sərt qiymət ölçüləri hədəf səviyyəsinə yaxın qalır.

Xüsusilə, oktyabr ayına olan vəziyyətə görə istehlak səbətindən yüksək dəyişkənliyi ilə seçilən ərzaq, enerji daşıyıcıları və siqaret qiymətlərini istisna edən baza inflyasiyası 2.4% təşkil edib. Həmçinin, xidmət inflyasiyası hədəf səviyyəsinə yaxın, 2.5% civarında qorunub saxlanıb. Paralel olaraq, idxal olunan məhsulların qiymətlərindəki dəyişiklik yenə də aşağıdır (0 faiz), böyük ölçüdə yanacağın qiymətlərinin illik azalması hesabına. Bu tendensiyalara baxmayaraq, nisbətən çevik qiymət inflyasiyasının (böyük ölçüdə ərzaq) uzun müddət yüksək səviyyədə qorunub saxlanması inflyasiya gözləntilərinin artması risklərini diqqətəlayiq edir.

Gürcüstanın Milli Bankının yenilənmiş mərkəzi ssenarisinə əsasən, 2025–2026-ci illər üçün inflyasiya proqnozu bir qədər yuxarıya nəzər salınıb, bunu isə böyük ölçüdə ərzağın yüksək inflyasiyası şərtləndirib. Cari mərkəzi proqnoza əsasən, 2025-ci ildə inflyasiya orta hesabla 4% civarında olacaq, 2026-ci ildə isə 3.5%-ə qədər azalacaq. Digər bərabər şərtlər daxilində, ərzaq qiymətlərinin artımının inflyasiyaya yalnız müvəqqəti təsiri var və onun effektləri mərhələli şəkildə tükənir. Mərkəzi ssenari də məhz belə bir inkişafı nəzərdə tutur. Konkret olaraq, qeyd olunan dinamika müvəqqəti xarakter daşıyır və “ikinci raund” effektlərinə səbəb olmur, bu isə o deməkdir ki, təzyiq digər mal və xidmətlərin qiymətlərinə keçmir.

Bununla yanaşı, iqtisadi fəaliyyət mərhələli şəkildə öz uzunmüddətli artım tempinə qayıdır, bu isə qiymətlərə tələb tərəfdən təzyiqi yumşaldır. İlkin məlumatlara əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında real ÜDM orta hesabla 7.7% artıb. Maliyyə bazarında maliyyə şərtlərinin sərtləşdirilmiş səviyyədə qorunub saxlanması birgə tələbatın uzunmüddətli tendensiyasına yaxınlaşmasına əlavə olaraq kömək edir. Bu sonuncu bazar faiz dərəcələrinin dinamikasında əks olunacaq.

Yüksək qeyri-müəyyənliyi nəzərə alaraq, inflyasiyaya artım istiqamətində təsir edən risklər daha aydın görünür, lakin azalma istiqamətində təsir edən risklər də hələ də qorunub saxlanır. Bundan irəli gələrək, Pul Siyasəti Komitəsi mərkəzi ssenari ilə birlikdə həm yüksək inflyasiya, həm də aşağı inflyasiya riskləri ssenarilərini nəzərdən keçirib və qərar qəbul edərkən müxtəlif istiqamətlərdə təsir göstərən riskləri nəzərə alıb.

Makroiqtisadi təhlil və yuxarıda qeyd olunan ssenarilərin müzakirəsi nəticəsində Pul Siyasəti Komitəsi orta dərəcədə sərtləşdirilmiş pul siyasətinin qorunub saxlanmasını optimal hesab edib və pul siyasətinin faiz dərəcəsini dəyişməz, 8%-də saxlayıb. Lakin, pul siyasətinin faiz dərəcəsinin sonrakı dəyişikliyi yenilənmiş gələcək məlumatlardan və risklərin reallaşmasından asılı olacaq. Əgər inflyasiyaya təsir edən bir dəfəlik amillərin təsiri uzansa, Pul Siyasəti Komitəsi mövcud sərt mövqeni gözləniləndən daha uzun müddət qoruyub saxlamağa və zərurət halında, onu daha da sərtləşdirməyə belə hazırdır.

Gürcüstanın Milli Bankı qiymətlərin sabitliyini qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edəcək, bu isə ortamüddətli dövrdə ümumi qiymət səviyyəsi artımının 3%-ə yaxın olması deməkdir.

Pul Siyasəti Komitəsinin növbəti iclası 2025-ci ilin dekabrın 17-də keçiriləcək.