Gürcüstanın Xarici İşlər Nazirliyi - Konqonun ərazi sularında itən gəmidə olan 17 gürcü dənizçisinin sağlamlıq vəziyyəti təhlükə altında deyil

Gürcüstanın Xarici İşlər Naziri Konqo ərazi sularında yeddi gün bundan öncə itən PANTELENA gəmisi ilə bağlı bəyanat yayır.

Nazirliyin bəyanatına görə, bortunda 17 gürcü dənizçisinin olduğu PANTELENA gəmisi Toqo Respublikasının Lome portuna doğru gedir. Gəmidə olan Gürcüstan vətəndaşlarının sağlamlığı isə, təhlükə altında deyil.

“Xarici İşlər Nazirliyi və Dəniz Nəqliyyatı Agentliyi müxtəlif istiqamətdə koordinasiyalı iş aparır və bütün gərəkən diplomatik əlaqələrdən istifadə edilir.

Gəminin sahibi olan şirkətlə sıx əlaqə saxlanır ki, ekipaja ilkin zərurət əşyaları verilsin.

Detallı məlumat ictimaiyyətə və medyaya, gəminin təhlükəsiz sulara daxil edilməsindən və missiyanın tam başa çatmasına qədər veriləcək” -deyilir nazirliyin bəyanatında.

Panama bayrağı altında üzən 121 metr uzunluğunda olan və 7 000 ton yanacaq daşıyan tanker, hansının bortunda 17 Gürcüstan və iki Rusiya vətəndaşı var, avqustun 14-də itdi.