Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili YUNESKO-nun baş direktoru Odre Azule ilə görüş keçirib
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili YUNESKO-nun baş direktoru Odre Azule ilə görüş keçirib

YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili YUNESKO-nun baş direktoru Odre Azule ilə görüş keçirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Gürcüstan və YUNESKO arasında mövcud olan əməkdaşlığı mədəniyyət, təhsil və elm sahələrində müsbət qiymətləndiriblər və münasibətlərin gələcək perspektivlərini müzakirə ediblər.

Maka Boçorişvili Odre Azuleyə əməkdaşlığa və Gürcüstanın mədəni irsinin qorunması istiqamətində həyata keçirilən layihələrə göstərilən dəstəyə görə təşəkkür edib.

Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərində mövcud olan mədəni irs məsələsinə diqqət yetirilib.

Odre Azule YUNESKO-nun fəaliyyətində fəal iştirakına görə Gürcüstan tərəfinə təşəkkür edib.