Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri Avropa Gününə həsr olunmuş tədbirlərdə iştirak edirlər

19:15, 09.05.2025

Avropa Günü ilə əlaqədar olaraq xaricdəki Gürcüstanın diplomatik nümayəndəlikləri Avropa İttifaqının nümayəndəlikləri, yerli hakimiyyət orqanları diplomatik korpus tərəfindən təşkil olunan rəsmi tədbirlərdə və qəbullarda iştirak edirlər.

Gürcüstanın Brüsseldəki səfirliyi Avropa Xarici Fəaliyyət Xidmətinin təşkil etdiyi və Avropa İqtisadi və Sosial Komitəsinin (EESC) ev sahibliyi etdiyi tədbirdə iştirak edəcək.

Tədbir çərçivəsində Gürcüstan səfirliyi tərəfindən gürcü şərabı və müxtəlif maarifləndirici materiallardan ibarət gürcü stendi təşkil olunacaq.

Gürcüstanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri İrakli Xutsurauli Stokholmda keçirilən Avropa Gününə həsr olunmuş tədbirdə iştirak edib. Gürcüstan səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə milli məhsullar, gürcü dili və turizm potensialı haqqında məlumat materialları nümayiş etdirilmişdi. Həmçinin tədbir çərçivəsində diaspor nümayəndələrinin ifasında gürcü rəqsləri nümayiş etdirilib.

Həmçinin, Gürcüstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tamar Liluaşvili Avropa Komissiyası və Avropa Parlamenti nümayəndələrinin dəvəti ilə Budapeştdə Avropa Gününə həsr olunmuş tədbirdə iştirak edib.

Avropa Gününün qeyd olunması tədbirində Avropa İttifaqının Berndə Nümayəndəliyi tərəfindən təşkil olunmuş Avropa Günü qəbulunda iştirak edən Gürcüstanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Şota Qetsadze də iştirak edib.

Gürcüstanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Zaal Qoqsadze Avropa Komissiyasının Zaqrebdəki Nümayəndəliyinin Avropa meydanında təşkil etdiyi rəsmi tədbirdə, Gürcüstanın Slovakiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Konstantin Kvaçakidze isə Avropa Gününə həsr olunmuş qəbulda iştirak edib.

Gürcüstan səfirliyi Yunanıstanda Avropa Günnə həsr olunmuş Afinadakı Vebster Universitetində keçirilən tədbirdə iştirak edib.

Avropa Günü ilə bağlı keçirilən tədbirlərdə Gürcüstanın Böyük Britaniya, İspaniya Krallığı, Sloveniyadakı səfirlikləri və Gürcüstanın Barselona şəhərində Baş Konsulluğu da iştirak edib.

Latviyada Avropa Komissiyasının dəvəti ilə Gürcüstan səfirliyi Latviyanın Milli Tarix Muzeyində Avropa Gününə həsr olunmuş tədbirdə iştirak edib; Avropa Gününə həsr olunmuş tədbirdə Gürcüstanın Litvadakı səfirliyi də iştirak edib.

Avropa Gününə həsr olunmuş tədbirlərdə Gürcüstanın Bolqarıstan və Kipr Respublikalarındakı səfirlikləri də iştirak ediblər.

Avropa Gününə həsr olunmuş tədbirlərdə Gürcüstanın Moldova, Argentina, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Özbəkistan, Kuba Respublikası, Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri və Gürcüstanın İndoneziyadakı səfirliyi də iştirak edəcək.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar