Gürcüstanın İrandakı səfirliyi - Bölgədə yaranmış vəziyyətlə əlaqədar, sizi İran ərazisinə səyahət etməkdən çəkinməyə çağırırıq
İranda Gürcüstan səfirliyi Gürcüstan vətəndaşlarının nəzərinə məlumat yayır.
“Bölgədə yaranmış vəziyyətlə əlaqədar, sizi İran ərazisinə səyahət etməkdən çəkinməyə və zərurət yarandıqda Gürcüstan səfirliyinin qaynar xətti ilə əlaqə saxlamağa çağırırıq: +98 912 299 77 26; +995 599 98 01 89; +995 595 31 16 61; +98 912 075 83 97”, – deyə bəyanatda qeyd olunub.
Məlumat üçün bildirək ki, İsrail İrana qarşı “qabaqlayıcı zərbə” endirməyə başladığını bəyan edib. İsrail mediasının yazdığına görə, ABŞ və İsrailin birgə hücumunun “ilkin mərhələsi” dörd gün ərzində davam edəcək.