Gürcüstanın Hava Limanları İttifaqı Pasxa bayramı üçün Mestia və Ambrolauri istiqamətində dörd əlavə reys təyin edir
Gürcüstanın Hava Limanları İttifaqı Pasxa bayramı üçün Mestia və Ambrolauri istiqamətində dörd əlavə reys təyin edir

Şanlı Pasxa bayramı ilə əlaqədar Gürcüstanın Hava Limanları İttifaqı Pasxa bayramı üçün Mestia və Ambrolauri istiqamətində dörd əlavə reys təyin edir. Məlumatı Hava Limanları İttifqaı yayır.

Onların məlumatına görə, aprelin 17 və 22-də yerli hava limanlarına əlavə reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:

17 aprel: Nataxtari – Mestia, uçuş- saat 13:15-də, Ambrolauri – Nataxtari, uçuş- saat 14:45-də.

17 aprel: Nataxtari – Ambrolauri, uçuş- saat 16:30-da, Mestia – Nataxtari, uçuş- saat 17:45-də.

22 aprel: Nataxtari – Mestia, uçuş- saat 13:15-də, Ambrolauri – Nataxtari, uçuş- saat 14:45-də.

22 aprel: Nataxtari – Ambrolauri, uçuş- saat 16:30-da, Mestia – Nataxtari, uçuş- saat 17:45-də;

Nataxtari – Mestia istiqamətində birtərəfli biletin qiyməti 90 lari, Nataxtari – Ambrolauri istiqamətində isə 50 lari təşkil edir. 0-3 yaşa gədər körpələr üçün səyahət pulsuzdur, 3-dən 12 yaşa gədər uşaqlar üçün isə 30% endirim var.

Biletləri veb səhifəsindən əldə etmək olar.