Gürcüstanın futbol yığmasının üzvlərinə yönəlik təhdid faktı üzrə bir nəfər təqsirli bilinib
Tbilisinin Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları bölüşüb və Gürcüstanın futbol yığmasının üzvlərinə yönəlik təhdid faktı üzrə bir nəfəri təqsirli bilib. Bu haqda məlumatı Gürcüstanın Prokurorluğu yayır.
“Məhkəmə prosesində tədqiq edilən sübutlarla təsdiqlənib ki, təqsirləndirilən şəxs kommunikasiya tətbiqi vasitəsilə Gürcüstanın futbol üzrə milli komandasının nümayəndələrinə səsli bildiriş göndərib, yığmanın əsas heyətində konkret şəxsin olmamasından dolayı narazılığını bildirib, yığmanın futbolçularını, eləcə də federasiyanın nümayəndələrini həyatlarına son qoyacağı və sağlamlıqlarına ziyan vuracağı ilə təhdid edib.
Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsinin birinci hissəsi (hədə-qorxu) ilə ittiham irəli sürülüb.
Məhkəmə təqsirləndirilən şəxsi təqdim edilmiş ittiham üzrə təqsirli bilib və onun barəsində qanunla nəzərdə tutulmuş maksimal cəza, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib”- prokurorluğun bəyanatında deyilir.