Gürcüstanın əksər ərazilərində avqustun 15-i günün ikinci yarısından avqustun 18-i günün ikinci yarısınadək yağıntılı hava şəraiti qorunub saxlanacaq, şimşək çaxa, dolu düşə və külək güclənə bilər
Gürcüstanın əksər ərazilərində avqustun 15-i günün ikinci yarısından avqustun 18-i günün ikinci yarısınadək yağıntılı hava şəraiti qorunub saxlanacaq, – bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
“Sinoptiklərin məlumatına görə, avqustun 15-də Msxeta-Mtianeti, Kaxeti və Kvemo Kartli bölgələrində, o cümlədən paytaxtda, həmçinin avqustun 16-18-də Qərbi Gürcüstanın bütün bölgələrində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimşək çaxa, dolu düşə və külək güclənə bilər.
“Gözlənilən güclü yağıntılar kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilib.