Gürcüstanın ədliyyə naziri Paata Salia Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb
Avropa Şurasının ministeriyalı çərçivəsində Gürcüstanın ədliyyə naziri Paata Salia türkiyəli həmkarı Yılmaz Tunç ilə görüşüb. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, Maltada Avropa Şurası Ədliyyə Nazirləri Konfransı çərçivəsində keçirilən görüşdə nazirlər Gürcüstan və Türkiyə Respublikası arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Söhbətdə transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və bu sahədə beynəlxalq cinayət hüququ əməkdaşlığına toxunulub.
Görüşün sonunda tərəflər mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər”, – Ədliyyə Nazirliyi yazır.