Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bir vətəndaşın yaşayış evindən müxtəlif növ partlayıcı və döyüş sursatı çıxarıb
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bir vətəndaşın yaşayış evindən müxtəlif növ partlayıcı və döyüş sursatı çıxarıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti kompleks şəkildə aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bir vətəndaşın yaşayış evindən müxtəlif növ partlayıcı və döyüş sursatı çıxarıb.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, təcili axtarış əldə edilmiş operativ məlumat əsasında həyata keçirildi.

İstintaqı Dövlət Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamenti aparır və bu çərçivədə bütün zəruri əməliyyat-axtarış tədbirləri intensiv şəkildə davam etdirilir.