Gürcüstanın daxili işlər naziri Çin səfiri ilə görüşüb
Gürcüstanın daxili işlər naziri Çin səfiri ilə görüşüb

Gürcüstanın daxili işlər naziri Qeka Qeladze Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə görüş keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, görüş çərçivəsində tərəflər Gürcüstan və Çin Xalq Respublikası arasında mövcud strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

“Daxili işlər naziri iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirib və qeyd edib ki, Gürcüstan və Çin Xalq Respublikası arasında bu istiqamətdə tərəfdaşlıq dinamik inkişaf edir.

Görüşün sonunda Qeka Qeladze iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Çou Tsienə təşəkkür edib”, – DTX-nin bəyanatında qeyd edilib.