Gürcüstanın dağlıq bölgələrində iyulun 3-ü günün sonundan 5 iyuladək arabir qısamüddətli yağış, bəzi yerlərdə isə güclü yağış gözlənilir

16:38, 03.07.2026

Gürcüstanın dağlıq bölgələrində iyulun 3-ü günün sonundan 5 iyuladək arabir qısamüddətli yağış, bəzi yerlərdə isə güclü yağış gözlənilir, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi ehtimal olunur.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Sinoptiklərin proqnozuna görə, gözlənilən güclü yağıntı kiçik çaylarda daşqınlara, dağlıq-təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin formalaşmasına və aktivləşməsinə səbəb ola bilər (orta təhlükə səviyyəsi).

Oxşar