Gürcüstanın birinci prezidenti, Zviad Qamsaxurdiyanın 80 illik yubiley tarixi müxtəlif tədbirlərlə qeyd olunacaq
Gürcüstanın birinci prezidenti, Zviad Qamsaxurdiyanın 80 illik yubiley tarixi müxtəlif tədbirlərlə qeyd olunacaq

Gürcüstanın birinci prezidenti, Zviad Qamsaxurdiyanın 80 illik yubiley tarixi bu gün müxtəlif tədbirlərlə qeyd olunacaq. Tədbirlər barəsində qərarı Mamuka Baxtadzenin rəhbərlik etdiyi, xüsusi olaraq yaradılmış dövlət komissiyası qəbul etdi.

Komissiyanın qərarı ilə, Gürcüstan Parlamentinin Milli Kitabxanasında sərgi təşkil olunacaq. Sərgini Gürcüstanın baş naziri Parlamentin sədri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze ilə gözdən keçirəcək.

Bölgə İnkişaf və İnfrastruktur Nazirliyi Zuqdididə yeni kitabxana tikəcək. Kitabxanaya Zviad Qamsaxurdiyanın adı veriləcək.

Saat 18:00-da Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində Zviad Qamsaxurdiyanın 80 illik yubiley tarixinə həsr olunmuş axşam təşkil ediləcək.

Bununla yanaşı hökumətin qərarı ilə, Gürcüstan Poçtu Zviad Qamsaxurdiyanın yubiley markasını çap etdirdi.