Gürcüstanın birinci xanımı Tamar Baqrationi Melania Trampın dəvəti ilə Vaşinqtondadır
Gürcüstanın birinci xanımı Tamar Baqrationi Melania Trampın dəvəti ilə Vaşinqtondadır

Gürcüstanın birinci xanımı Tamar Baqrationi ABŞ-ın birinci xanımı Melania Trampın dəvəti ilə Vaşinqtondadır.

Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, Vaşinqtonda bu gün “daha yaxşı gələcək naminə birlikdə” adlı qlobal sammitin işgüzar sessiyası açılır və bundan əvvəl Tamar Baqrationi tədbir çərçivəsində digər ölkələrin birinci xanımları ilə qısa görüşlər keçirib.

Tamar Baqrationi həmçinin onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Dövlət Departamentindəki İnnovasiya və Texnologiya Sərgisini də ziyarət edib.

Tamar Baqrationini ABŞ-da Gürcüstanın Təhsil, Elm və Gənclər nazirinin müavini Baia Kvitsiani və Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər Məsələləri Komitəsinin sədri Mariam Laşxi müşayiət edir.