Gürcüstanın birinci xanımı Tamar Baqrationi 5 saylı cəzaçəkmə müəssisəsində qonaq olub
Ədliyyə nazirinin müavini Lana Morqoşia və Xüsusi Penitensiar Xidmətin rəisi Qiorqi Pataridze Gürcüstanın birinci xanımı Tamar Baqrationi və onu müşayiət edən qonaqları 5 saylı Qadın Cəzaçəkmə Müəssisəsində qəbul ediblər.
Xüsusi Penitensiar Xidməti məlumat yayır.
Qurumun məlumatına görə, birinci xanım məhkumların yenidən sosiallaşması və reabilitasiyası üçün yaradılan müxtəlif məkanlarla tanış olub.
“Məhkumların işlə təmin olunduğu müəssisənin ərazisində təmir olunmuş tikiş sahəsinə baş çəkib. Tikiş otağında işləyən məhkumlara müvafiq materiallar və parçalar verilib və qadın məhkumlar bu materiallardan istifadə edərək bayram geyimləri də daxil olmaqla müxtəlif növ geyimlər yarada biləcəklər. Birinci xanımın təşəbbüsü ilə 5 saylı penitensiar müəssisədə tikiş, əl işləri və digər ustad dərslərinin keçirilməsi planlaşdırılıb. Qadın məhkumlar yuxarıda qeyd olunan parçalarla “Kaxaberi və Xanumlar” qrupunun səhnə geyimlərini tikəcəklər.
Səfərin sonunda məhkumların və “Kaxaberi və Xanumlar” qrupunun konserti də təşkil olunub. Konserti Ədliyyə nazirinin müavini, Gürcüstanın birinci xanımı və digər dəvət olunmuş qonaqlar izləyiblər”, – məlumatda deyilib.