Gürcüstanın Birinci Kanalının yeni binası “Memarlıq Mükafatı 2025”in qalibi olub
Gürcüstanın Birinci Kanalının yeni binası “Memarlıq Mükafatı 2025”in qalibi olub – “Tbilkalakproekt”in baş memarı Levan Siamaşviliyə ən yaxşı ictimai bina nominasiyasında mükafat təqdim olunub.
„Style” jurnalı və „Gürcüstan Memarları Assosiasiyası“nın təşkilatçılığı ilə keçirilən illik prestijli müsabiqədə bu il 167 gürcü və əcnəbi memar, dizayner və tələbə iştirak edirdi. Münsiflər heyəti ən yaxşı işləri 11 nominasiya üzrə seçib.
Beynəlxalq müsabiqə 2006-cı ildə təsis edilib və o vaxtdan bəri memarlıq və dizayn sahəsində fəaliyyət göstərən peşəkarlar üçün keçirilir.
Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvilinin dediyi kimi, qələbə həmişə həyəcanvericidir.
“Bu memarlıq layihəsini müsabiqə ilə seçən komandamızı və cəmiyyəti təbrik edirəm, şəhərə aid və dövlət büdcəsi ilə tikilmiş layihənin belə bir müsabiqədə qalib gəlməsi vacibdir. Birinci kanalın binası bir çox müsabiqələrə təqdim edilib və düşünürəm ki, yenə təmsil edəcək. Layihənin bir qrup gürcü memarlar tərəfindən yaradılması və layihələndirilməsi vacibdir və gürcü cəmiyyəti ona ən yüksək qiyməti verib. İndi bizim qalibiyyətimiz var və hər kəs bununla fəxr edir”, -Tinatin Berdzenişvili bildirib.
“Tbilkalakproekt”in baş memarı Levan Siamaşvilinin bildirdiyinə görə, layihə İctimai Yayımçı qrupunun gündəlik iştirakı ilə uğurla başa çatıb.
“İctimai Yayımçının İctimai Bina nominasiyasında „Memarlıq Mükafatı 2025”-ə namizəd olması bizim üçün çox vacibdir. Memar üçün teleradio yayımı ən çətin vəzifələrdən biridir. Böyük zəhmət sərf edilib. Hər uğurlu layihə önəmlidir və hər bir memarlıq mükafatının arxasında uğurlu sifarişçi dayanır. İctimai yayımçının komandasının gündəlik iştirakıyla layihə uğurla tamamlandı”, – “Tbilkalakproekt”in baş memarı Levan Siamaşvili bildirib.
“Memarlıq Mükafatı” müsabiqəsinin təsisçisi Dimitri Mosulişvili bildirib ki, “Ictimai reallaşdırılmış bina” nominasiyası üzrə bir neçə layihə təqdim olunub və münsiflər heyətinin qərarına əsasən Birinci Kanalın binası onların arasında ən yaxşısı olub.
“Müsabiqədə 11 nominasiya təqdim olunmuşdu, onlardan biri ictimai reallaşdırılmış bina olub. Nominasiyada bir neçə layihə təqdim olunmuşdu, onlardan biri İctimai Yayımçı Binasının layihəsi idi, bu layihə münsiflər heyəti tərəfindən bəyənildi və ən yaxşı nominant seçildi. Memarları, İctimai Yayımçının rəhbərliyini, direktorlarını və bu layihədə iştirak edən bütün insanları təbrik edirəm. Düşünürəm ki, təqdirə layiq bir təşəbbüs oldu və nəticə də kifayət qədər yaxşı oldu”, – Dimitri Mosulişvili bildirib.