Gürcüstanın Birinci Kanalının yaxınlığında sənət sahəsinin nümayəndələri aksiya keçirirlər
Gürcüstanın Birinci Kanalının yaxınlığında sənət sahəsinin nümayəndələri aksiya keçirirlər

Gürcüstanın Birinci Kanalının yaxınlığında sənət sahəsinin nümayəndələri aksiya keçirirlər.

Aktyor Kaxa Kintsuraşvilinin bildirdiyinə görə, bu günlərdə İctimai Yayımçının birbaşa efirində xalqın danışması çox yaxşı idi. Onun dediyinə görə, bu, davam etməlidir.

“Şəxsən mənim üçün sizin efirinizlə həbs olunan, döyülən, burnu qırılan, qanayan  o şəxsin fikri çox vacibdir. Mən sizin efirinizlə belə insanların fikrini eşitmək istəyirəm. Mən bunu ictimaiyyətin eşitməsini istəyirəm, çünki biz ictimai yayımçı və ictimaiyyət birik. Bütün bunların aydınlaşmasını istəyirəm. Onlayn media işləyir və sizdən fərqli olaraq onların kadrlarında aşkar edilmiş faktlar var və mən istəyirəm ki, bəlkə sizin əldə edə bilmədiyiniz, amma başqasının əldə etdiyi bu kadrlar da buraxılsın. Bu mənim şəxsi xahişimdir. Gördüyünüz işlərə görə də sizə təşəkkür edirəm”, – deyə Kaxa Kintsuraşvili bildirib.