Gürcüstanın Birinci Kanalı uğurlu mövsümünü başa çatdırır. Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidzenin bəyan etdiyinə görə, yeni televiziya mövsümündən tamaşaçı bir çox yeniliyi izləyəcək.
“Gürcüstanın Birinci Kanalı mövqelərini qaytarır və növbəti mövsüm, payızda qayıtdıqdan sonra, mən deyirəm ki, tədbiq mövsümü olacaq. Son iki il ərzində verilişlərin sayını demək olar üçqat etdik. Çox önəmlidir ki, sənədli serialları çəkirik və bu baxımından böyük təcrübə əldə etdik və bunu davam etdirəcəyik. Bir çox ildən sonra İctimai Yayımçıya meqaşoular daxil oldu və davam etdiriləcək, daha artıq meqaşoular əlavə olunacaq.
Gürcüstanın Birinci Kanalı hər bir vətəndaşındır. Bu başqa özəl kanal kimidir, lakin o, hər bir vətəndaşındır, hamıya məxsusdur və vətəndaşların sifarişini yerinə yetirir”, – Vasil Mağlaperidze bəyan edir.