Gürcüstanın Birinci Kanalının "Masterşef" şousunun onluğunun kimliyi məlumdur

Gürcüstanın Birinci Kanalının ən populyar şuolarından biri, “Masterşef” şousunun onluğunun kimliyi məlumdur. Münsiflər heyətinin qərarı ilə, qalib titulu üçün mübarizə aparacaqlar: Giorgi Caçvliani, Nino Barataşvili, Maka Kvitsiani, Vladimer Sokolov, Tatia Tekturmanidze, Sopo Xalvaşi, Giorgi Mancavidze, Tina Vaşakidze, İya Dzaqaniya və Natiya Cikidze. Münsiflər heyəti onları 28 iştirakçı arasından seçdi.

“Masterşef” – dünyanın populyar, reytinqli, və ən yaxşı əyləncəli şou gürcü teleməkanında, mayın 18-də Gürcüstanın Birinci Kanalında efirə çıxır.

“Masterşef” ən atəşli, dinamik kulinar verilişdir. Tamaşaçı bu şounun hər bir mövsümünə sadiq qalır. Avstraliya və ABŞ-dan nümunələr mövcuddur ki, qaliblər möhtəşəm kariyera qurdular və öz restoranlarını da açdılar.