Gürcüstanın Birinci Kanalının koronavirusla bağlı həyata keçirdiyi prevensiya tədbirləri
Gürcüstanın İctimai Yayımçısının fəaliyyətinin maneəsiz həyata keçirilməsi məqsədi ilə, Gürcüstanda yeni koronavirusun (COVID-19) yayılmasına görə, Gürcüstanın Birinci Kanalı prevensiya tədbirləri görür.
Gürcüstan qanunvericiliyi ilə müəyyən edilən “Yayımçı haqqında” öhdəliyinə əsasən, Birinci Kanal hər bir vəziyyətdə, öz auditoriyasını Gürcüstanda, regionlarında və dünyada baş verən hadisələrlərlə bağlı operativ məlumat ilə təmin etməlidir, buna görə də, Gürcüstanın Birinci Kanalı təhlükəsizliyi qorumaq üçün, əməkdaşlarının bir hissəsinin məsafəli işləməsi ilə bağlı qərar verdi.
Həmçinin, hamilə və xronik xəstəlikləri olan və müxtəlif risk qruplarına daxil olan digər əməkdaşların müvəqqəti olaraq, iş öhdəliklərindən azad edilmələri ilə bağlı qərar verildi.
Bununla yanaşı, Gürcüstanın Birinci Kanalı uşaqların, yeniyetmələrin və tələbələrin çox sayda iştirak etdikləri verlişləri müvəqqəti olaraq, dayandıracaq.
Mövzunun aktuallığından irəli gələrək, yeni proqram siyasəti müəyyənləşdirildi. Müvafiq olaraq, efir yayımında da dəyişikliklər oldu.
Martın 11-dən, tamaşaçıya kvalifikasiyalı və yoxlanmış məlumatı və tövsiyyələri “Şəxsi həkim Mari Malazonia” verlişi təqdim edəcək. Verliş hər axşam saat 20:00-da efirə çıxacaq.
Gürcüstanın Birinci Kanalı Avropanın medya quideline-lərini nəzərə alır, Dünya Səhiyyə Təşkilatı tərəfindən verilən tövsiyyələrə riayət edir və ictimaiyyətə müraciət eidr ki, hərkəs öz şəxsi məsuliyyətini göstərsin və müvafiq qaydalara riayət etsin.