Gürcüstanın Birinci Kanalının açıq məktubu
Gürcüstanın Birinci Kanalının açıq məktubu

Son zamanları müxtəlif təşkilatlar tərəfindən İctimai Yayımçı barəsində yalan və yoxlanılmamış məlumatın yayılması halları çoxaldı. Bu isə, bir növ kampaniyaya çevrildi. Qeyd olunasıdır ki, bənzər yalan məlumatlar nüfuzlu təşkilatların hesabatlarına düşdü.

Düşünürük və inanırıq ki, bu heç bir təqdirdə həmin təşkilatın mövqeyini təmsil etmir və yalnız yerli mənbələrdən alınan və yoxlanılmayan məlumatın qəbul edilməsini və yayılmasını təşkil edir. Çünki səthi yoxlamadan belə gözə çarpandır ki, məlumat faktiki olaraq düzgün deyil.

Son nümunəni “www.mediachecker.ge” tərəfindən yayılan düzgün olmayan məlumat təşkil edir. Məlumata əsasən ISFED-in hesabatəna əsasən, İya Kerzayanın işi Gürcüstanın Birinci Kanalının əsas verilişinə düşmədi. Birinci Kanalın jurnalistləriinin qeyd olunanla əlaqədar etirazından sonra, “www.mediachecker.ge” saytında yol verilən səhf düzəldildi və saytda düzəldimiş versiya yerləşdirildi.

Bizim üçün “Açıq Cəmiyyət Fondu” tərəfindən maliyyə baxımından dəstəklənən, onun benefisiyarlarından birinin İctimai Yayımçıya qarşı həyata keçirdiyi fəallıq həddindən artıq narahatedicidir.

“Açıq Cəmiyyət Fondu”-nun maliyyələşdirilməsi ilə, “Media Development Foundation” “Gürcüstanın Avroatlantik strukturlarına inteqrasiyası məsələləri barəsində milli azlıqlarla məskunlaşmış bölgələrin məlumatlandırılması” təqdiqatı dərc etdirdi. Tədqiqqatın müəlliflərinin cəhdlərinə baxmayaraq ki, tədqiqatın maraqlarını başqa cür təsvir etsinlər, ilk səhifədə texnoloji manipulasiya ilə İctimai Yayımçının rus telekanalları və onların ritarikası ilə, əlaqələndirmə baş verirdi. Sonra isə, kontekstdən çıxarılmış sitatlar vasitəsi ilə, mətndə daimə qeyri-kompetent forma ilə göstərişlər virilirdi.

Tədqiqat “42-ci paralel” verilişi barəsində kontekstdən qoparılmış sözlərlə yalan məlumat yayır. Qeyd olunasıdır ki, veriliş bir ildən artıq efirdədir və 100-dən artıq veriliş hazırlayıb. Tədqiqat məllifləri 7 verilişi götürdülər, tamamilə yalan məlumat yaydılar və verilişin müəlliflərini anti-qərb və Kreml təmayüllü əhval-ruhiyyədə ittiham etdilər.

Təqdiqatım müəllifləri məlumatın dəqiqləşdirilməsi məqsədi ilə, bir dəfə də olsun Birinci Kanal ilə əlaqə saxlamayıblar.

Metedoloji nöqsanlardan başqa, maraqlar münaqişəsi problemi da mövcuddur. Daha dəqiq olaraq, tədqiqatın rəhbəri, xanım Tamar Kinsuraşvili 2005-2008-ci illərdə İctimai Yayımçının rəhbəri idi.

“Açıq Cəmiyyət Fondu”-nun icraçı direktoruna Keti Xutsişviliyə imkan verildi ki, İctimai Yayımçının birbaşa efirində iştirak etsin. Xanım Keti tədqiqatda yol verilmiş nöqsanları etiraf etdi, lakin təqdiqat müəlliflərinin fikirləri ilə razılaşdı, benefisiyarları müdafiə etdi.

Biz bu faktı redaksiya siyasətinə qarşıma kimi hesab edirik.

Ümid edirik ki, “Açıq Cəmiyyət Fondu” qeyd olunanla bağlı müvafiq münasibət bildirəcəkdir.