Gürcüstanın Birinci Kanalı yeni mövsümdən görmə məhdudiyyəti olan şəxslər üçün yeni layihəyə başlayır
Gürcüstanın Birinci Kanalı yeni mövsümdən görmə məhdudiyyəti olan şəxslər üçün yeni layihəyə başlayır

Gürcüstanın Birinci Kanalı və QHT “Media Pozitiv” görmə məhdudiyyəti olan şəxslər üçün yeni layihəyə – “Gürcü kinosunun audio-təsvirinə” start verir.

Birinci Kanal ilk mərhələdə Gürcüstan radiosunun dinləyicilərinə audio-təsvirlə təqdim olunmuş 15 gürcü filmi təqdim edəcək.

Audio-təsvir vizual məlumatın dəqiq, obyektiv və ardıcıl şifahi izahıdır; o, dinləyiciyə ekranda görünən vizual elementləri çatdırır. Təsvir əsərin təbii pauzalarında, dialoqlar arasındakı boşluqlarda verilir ki, bu da materialı görmə məhdudiyyəti olan şəxslər üçün əlçatan edir. Audio-təsvirli filmlər həmçinin Birinci Kanalın 1tvplay adlı striminq platformasında yerləşdiriləcək.

“Gürcü kinosunun audio-təsviri” layihəsinin məqsədi köhnə gürcü bədii filmlərini və kult əsərləri audio-təsvirlə (audio izahla) təmin etməkdir ki, həm görmə məhdudiyyəti olan şəxslər, həm də geniş ictimaiyyət gürcü kinematoqrafiyasını və mədəni irsini tam şəkildə qavraya bilsin.

Layihə Gürcüstanın Birinci Kanalı və QHT “Media Pozitiv”in tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu təşkilat artıq iki ildir ki, audio-təsvirin inkişafı üzərində sistemli şəkildə çalışır.