Gürcüstanın Birinci Kanalı profesyonal vəzifəsini yerinə yetirərkən zərər görən jurnalistlərə kompensasiya ödəyəcək
Gürcüstanın Birinci Kanalı profesyonal vəzifəsini yerinə yetirərkən zərər görən jurnalistlərə kompensasiya ödəyəcək

Gürcüstanın Birinci Kanalının menecmentinin qərarı ilə, iş vəzifəsini yerinə yetirərkən, zərər görən, jurnalistlərə pul kompensasiyası veriləcək.

Gürcüstanın Birinci Kanalının jurnalisti Lika Alelişvili və Nika Muxiqulaşviliyə və həmçinin operator Kaxa Concuaya, iyunun 20-21-də baş verən hadisələr zamanı zərər gördüyünə görə, bu gün kompensasiya verildi.

Gürcüstanın Birinci Kanalının baş direktoru Vasil Mağlaperidzenin bəyanatına görə, çox vacibdir ki, yeni xəbərlərin jurnalistləri özlərini qorunmuş hiss etsinlər.

“İş vəzifələrini yerinə yetirərkən zərər görən əməkdaşlarımızın özlərini qorumnuş hiss etmələri çox vacibdir. Təşkilatımızda qərar verildi ki, bundan sonra, iş vəzifələrini yerinə yetirərkən zərər görən əməkdaşlarımız pul kompensasiyasını alacaqlar. Əlbəttə ki, pul hər şeyi ifadə etmir, ancaq, bu qərar əməkdaşlarımıza dəstək nişanıdır” – dedi Vasil Mağlaperidze.

Şərh yaz