Gürcüstanın Birinci Kanalı Lado Kaxadze və Şalva Şavqulidzeyə debatlar təklif edir
Gürcüstanın Birinci Kanalı, ictimaiyyətin yüksək marağını nəzərə alaraq, Parlamentin aralıq seçkilərinin ikinci turunun iştirakçılarına, Lado Kaxadze və Şalva Şavqulidzeyə debatlar təklif edir.
Razılıq təqdirində, debatların formatı iştirakçılarla razılaşdırılacaq.
Gürcüstanın Birinci Kanalı, “Aktual Mövzular” tok-şousunda, aralıq seçkilərinin birinci turunda 14 namizəd arasında debatlar təşkil etdi. Debatlar növbədən kənar mer seçkilərinin iştirakçıları arasında da keçirildi.