Gürcüstanın Birinci Kanalı "İlin Lideri" beynəlxalq mükafatın sahibi oldu
Gürcüstanın Birinci Kanalı "İlin Lideri" beynəlxalq mükafatın sahibi oldu

Gürcüstanın Birinci Kanalı İsveçrə reytinq assosiyasiyası və milli biznes reytinqlər ittifaqının birgə mükafatı – “İlin Lideri” (Leader of the year) beynəlxalq mükafatın sahibi oldu.

Beynəlxalq mükafatı Gürcüstanın Birinci Kanalnaı öz sahəsində idarəçilik effektliyi üçün verildi.

“Sözsüz ki, Gürcüstanın Birinci Kanalının seçildiyinə görə minnətdarlığımı bildirirəm. Hər bir mükafat əməkdaş və təşkilat üçün əlavə motivləşdirmədir. Gürcüstanın Birinci Kanalının sürətli inkişafını gördüklərinə görə, təşəkkürümü bildirirəm”, – Gürcüstanın Birinci Kanalının baş direktorunun birinci müavini, Tiko Berdzenişvili bəyan etdi.

Mərasimdə mükafatlar Gürcüstan, Qazaxstan və Ukrayna biznesşirkətlərinə verildi.

Gürcüstan milli biznes reytinqlər ittifaqının üzv ölkəsi 2015-ci ildə oldu. “İlin Lideri” (Leader of the year) beynəlxalq mükafat şirkətlərə 2017-ci ildən verilir.