Gürcüstanın baş prokuroru vəzifəsinə hazırda 20 namizəd təqdim olunub
Gürcüstanın baş prokuroru vəzifəsinə hazırda 20 namizəd təqdim olunub

Gürcüstanın baş prokuroru vəzifəsinə daha üç namizədi – Lena Kapanadze, Kote Çilaiya və Levan Dzneladzeni təqdim etdilər, – məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayır.

Elə onların bəyanatına görə, başqa namizədlərə bənzər olaraq, onların təqdimatı prokurorluq şurasının – http://pc.gov.ge saytına yükləndi.

Lena Kapanadzeni prokurorluğa Gürcüstan Qadınlar Millətlərarası Koordinasiya Şurası təqdim etdi.

Kote Çilaiyanın namizədliyini özü təqdim etdi.

Levan Dzneladzenin namizədliyini isə, MMC Qafqaz Universitetinin prezidenti Kaxa Şengeliya təqdim etdi.

Prokurorluq şurası baş prokurorluğa namizədi ikinci dəfə seçir. İlk dəfə seçkilər 2015-ci ildə keçirildi.