Gürcüstanın baş prokuroru vəzifəsinə daha altı namizədi təqdim etdilər
Gürcüstanın baş prokuroru vəzifəsinə daha altı namizədi təqdim etdilər

Gürcüstanın baş prokuroru vəzifəsinə daha altı namizədi – Giorgi Şoşiaşvili, Nino Gogniaşvili, Edişer Putkaradze, Şalva Tadumadze, İrakli Nadareişvili və Şalva Şavgulidzeni təqdim etdilər, – məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayır.

Elə onların bəyanatına görə, başqa namizədlərə bənzər olaraq, onların təqdimatı prokurorluq şurasının – http://pc.gov.ge saytına yükləndi.

Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, hazırda Gürcüstanın baş prokuroru vəzifəsinə 15 namizəd təqdim olunub: Paata Şavadze, Zurab Çorbenadze, Gia Berdzenidze, Nana Revazişvili, Tamar Kereselidze, Qriqol Qaqnidze, Yoseb Baçiaşvili, Maya Tsatsanaşvili, Cemal Qaxokidze, Giorgi Şaşiashvili, Nino Qoqniashvili, Edişer Putkaradze, Şalva Tadumadze, İrakli Nadareişvili və Şalva Şavqulidze.

Prokurorluq şurası baş prokurorluğa namizədi ikinci dəfə seçir. İlk dəfə seçkilər 2015-ci ildə keçirildi.