Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Görüşdə söhbətdə iki ölkə arasında siyasi əlaqələrə, o cümlədən ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə toxunulub.
Tərəflər Orta Dəhlizin inkişafında Gürcüstan və Özbəkistan arasında əlaqə və əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər.
Baş nazir Gürcüstanın tranzit funksiyasını daha da gücləndirmək məqsədi daşıyan layihələrdən danışıb.
Görüşdə Gürcüstanda mövcud əlverişli investisiya mühiti və ölkənin çoxmilyonluq bazarlara çıxış baxımından investorlara təklif etdiyi imkanlara diqqət yetirildi. Bu kontekstdə turizm, enerji, daşınmaz əmlak, istehsal, logistika və informasiya texnologiyaları sahələrində investisiya baxımından potensialı qeyd edilib.
Tərəflər həmçinin turizm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Görüş zamanı söhbət iki ölkə arasında beynəlxalq, çoxtərəfli formatda əməkdaşlığa toxunulub.
Baş nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin güclü dəstəyi üçün Özbəkistan Respublikasının Prezidentinə təşəkkür edib.
Şavkat Mirziyoyev Gürcüstan hökumətinin başçısını nümayəndə heyəti ilə birlikdə Özbəkistan Prezident sarayında qəbul edib.