Gürcüstanın Baş naziri İrakli Kobaxidze İoseb Alibeqaşvilini Samtsxe-Cavaxeti bölgəsinin dövlət müvəkkili təyin edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İoseb Alibeqaşvilini Samtsxe-Cavaxeti bölgəsinin dövlət müvəkkili təyin edib.
Hökumət başçısı yeni təyin olunmuş müvəkkillə, Baş nazirin müavini, regional inkişaf naziri Mamuka Mdinaradze ilə birlikdə Hökumət Administrasiyasında görüşüb.
Hökumət Administrasiyasının məlumatına görə, görüşdə bölgədə planlaşdırılan və davam edən layihələr müzakirə olunub.
İrakli Kobaxidze İoseb Alibeqaşviliyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
İoseb Alibeqaşvili bu günə qədər Kvemo Kartli bölgəsində dövlət müvəkkilinin müavini vəzifəsini tuturdu.