Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Basketbol Federasiyasının prezidenti Xorxe Qarbaxosa ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Basketbol Federasiyasının prezidenti Xorxe Qarbaxosa ilə görüşüb.
Hökumət administrasiyasının məlumatına görə, görüşdə Gürcüstanda basketbolun inkişafı üçün həyata keçirilən tədbirlər və idman infrastrukturunun inkişafı ilə bağlı mövcud planlar müzakirə olunub.
Tbilisidə 16 yaşadək Avropa çempionatının gedişi müzakirə olundu. Xorxe Qarbaxosa baş nazirə çempionata ev sahibliyi etdiyinə və onu yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür etdi.
Beynəlxalq Basketbol Federasiyasının prezidenti Gürcüstan milli komandasına “EuroBasket”də uğurlar arzulayıb.