Gürcüstanın baş naziri Ermənistan prezidenti ilə görüşdü
Gürcüstanın baş naziri Ermənistan prezidenti ilə görüşdü

Gürcüstanın baş naziri Giorgi kvirikaşvili üzbəüz görüşdə, Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyana ev sabliyi etdi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı Ermənistan prezidentinə səfərinə görə təşəkkür etdi və iki ölkənin uzunmüddətli yaxşı qonşuluq əlaqələrinin inkişafının müsbət dinamikasına diqqət yetirdi.

Ermənistan prezidenti səmimi qonaqpərvərliyinə görə Gürcüstan baş nazirinə təşəkkür etdi və iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə inandığını bildirdi.

 

Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı, həmçinin Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin yaxın vaxtlarda Ermənistan Respublikasına planlaşdırılan rəsmi səfəri barəsində danışdılar.