Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili Xəzər Siyasət Mərkəzinin rəhbərliyini işgüzar görüşdə qəbul edib
Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili Xəzər Siyasət Mərkəzinin rəhbərliyini işgüzar görüşdə qəbul edib

Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili Xəzər Siyasət Mərkəzinin rəhbərliyindən Erik Rudenşoldu, Əfqan Niftini və Marşa Olivi işgüzar görüşdə qəbul edib.

Tamar Taliaşvilinin rəsmi Facebook səhifəsində yayılan məlumata əsasən, görüş çərçivəsində Transxəzər dəhlizinin inkişafı, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş zamanı, həmçinin, bölgənin iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələlərinin təhlili və təşviqini hədəfləyən Xəzər Siyasət Mərkəzinin rolu da müzakirə olunub.