Gürcüstanı “Eurovision 2025” mahnı müsabiqəsində Mariam Şenqelia təmsil edəcək
Bu il Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı 22 yaşlı Mariam Şenqelia təmsil edəcək.
Müsabiqədə 18 gürcü ifaçı iştirak etmək arzusunu bildirib və öz əsərlərini təqdim ediblər. Həmçinin, Birinci kanala 20-dən çox əcnəbi bəstəkar mahnı göndərib. İctimai Yayımçı Gürcü motivləri və milli elementləri ilə yüklənmiş, beynəlxalq müsabiqədə ölkəmizin mədəni kimliyini dəqiq göstərən layihə seçib.
Mariam Şenqelia Birinci Kanalda iki layihənin – “Gürcüstan Ulduzu” və “Voice”un iştirakçısıdır. Müğənni Gürcüstanın “Eurovision 2020” mahnı müsabiqəsindəki təmsilçisi Tornike Ğipianinin bek-vokalisti olub. Müsabiqə kovid pandemiyası səbəbindən ləğv edildi.
Azadlıq (freedom) mahnısını Keti Qabisiani yazıb, sözləri isə Buka Kartoziaya aiddir. Musiqi klipi Kaxa Buxraşvili tərəfindən çəkilib, geyim dizaynı İza Nadareişvili, klipin rəssamı isə Şako Popiaşvili və Nino Tsulaiadır. Video klipdə “Erisioni” Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasları və Qia Ğançeli adına Tbilisi Gənclər Orkestri iştirak edib.
“Eurovision 2025” mayın 13, 15 və 17-də İsveçrənin Bazel şəhərində keçiriləcək. Gürcüstanın təmsilçisi Mariam Şenqelia avropanın qarşısında, mayın 15-də ikinci yarımfinalda çıxış edəcək. Ənənəvi olaraq müsabiqəni birbaşa efirdə Birinci Kanal təqdim edəcək.