Gürcüstanda zəlzələ baş verdi

17:05, 25.03.2018

Gürcüstanda zəlzələ baş verdi.

Yer kürəsini araşdıran Elmlər İnstitutunun və Seysmoloji Monitorinqin Milli Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 14:45-də qeydə alındı.

Elə onların məlumatına görə, yeraltı təkanların gücü 4 maqnitudu təşkil etdi.

Zəlzələnin episentri Dedoplisğarodan qərbdə, Qamarcveba kəndindən 15 kilometrdə idi.

Oxşar