Gürcüstanda yeni tip koronavirusa yoluxanların sayı 38-dək yüksəlib
Gürcüstanda yeni tip koronavirusa yoluxanların sayı 38-dək yüksəlib

Gürcüstanda yeni tip koronavirusa yoluxma hallarının sayı 38-dək yüksəlib. Bu barədə məlumatlar Gürcüstan hökuməti tərəfindən yaradılmış rəsmi stopcov.ge veb- səhifəsinə yerləşdirilib. Bununla belə,stopcov.ge saytına yerləşdirilmiş məlumatlara əsasən, 1130 nəfər karantindədir,stasionar nəzarətdə isə-81 pasiyent var. Məlumatlar bir az bundan əvvəl yenilənib. Bunadək Gürcüstanda koronavirusa yoluxmanın 34 halı təsdiqlənmişdi. Onlardan biri sağalaraq, Yoluxucu Xəstəliklər Xəstəxanasını tərk edib.