Gürcüstan hökuməti tərəfindən martın 23 verilən 181 –ci sərəncama əsasən, ölkədə tədris prosesi aprelin 21-dək təxirə salındı. Sərəncamda da qeyd olunduğu üzrə, məhdudiyyət həm ümumitəhsil ,həm də ali məktəblərə şamil olunur. “Təhsil müəssisələrində tədris prosesi 2020-ci ilin 21 aprel tarixinə qədər dayandırılmalıdır. Bəzi ümumi təhsil və ali təhsil müəssisələri bunu uzaqdan tədris / komunikasiyanın müxtəlif formalarından (əgər varsa) istifadə etməklə etməlidirlər.Distant forma istisna olmaqla bütün treninqlər ,konfranslar,seminarlar qadağan olunur”-deyə sərəncamda qeyd olunur.