Gürcüstanda koronavirusun yenə səkkiz halı qeydə alındı

21:49, 10.03.2020

Gürcüstanda koronavirusun yenə səkkiz halı qeydə alındı.

Cəmi olaraq, bu vaxt üçün ölkədə virusa yoluxanların sayı 23 nəfərdir.

Yeni hallarla bağlı məlumat hökümət tərəfindən yaradılan xüsusi veb-səhifə – stopcov.ge-də yayıldı.

Daha öncəki göstəricilərə görə, ölkədə koronavirusun 15 halı qeydə alınmışdı.

Həmçinin, karantin rejimində 126 nəfər var, xəstəxanada nəzarət altında isə, 46 nəfər qalır.

Gürcüstanda koronavirusun ilk halı fevralın 26-da qeydə alınmışdı.

Oxşar