Gürcüstanda koronavirusun üçüncü halı qeydə alındı
Gürcüstanda koronavirusun üçüncü halı qeydə alındı

Gürcüstanda yenə bir koronavirus halı qeydə alındı.

Bu barədə məlumatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze yayır.

“Bu gün səhər koronavirusun üçüncü halı qeydə alındı. Virusa yoluxan şəxs ilk qeydə alınan şəxslə bərabər İranda idi və dünən Azərbaycanı keçərək, ölkəyə qayıdarkən, sərhəddə temperaturu yüksəldib, halsızlaşdığına görə, infeksiya xəstəxanasına yerləşdirildi. Yoxlanışdan sonra isə, koronavirusa yoluxduğu təsdiqləndi.

İrandan gələn vətəndaşların klinik vəziyyəti hazırda stabildir  – dedi Amiran Qamkrelidze.

Gürcüstanda ilk koronavirus halı üç gün öncə qeydə alınmışdı. Virus Azərbaycanı keçərək, İrandan gələn 50 yaşlı kişidə aşkarlanmışdı.

İkinci hal isə, İtaliyadan qayıdan 31 yaşlı qadında aşkarlandı.