Gürcüstanda koronavirusun 20 yeni halı qeydə alındı, 9 pasiyent sağaldı

10:48, 03.09.2020

Gürcüstanda koronavirusun 20 yeni halı qeydə alındı, 9 pasiyent sağaldı.

Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun  1 568 halı qeydə alınıb.

Yeni sağalan 9 pasiyentlə bərabər, sağalanların sayı 1 279-dir.

Koronavirusdan ölkədə 19 nəfər həlak olub.

Karantin rejimində  6 185 vətəndaş var.

Oxşar