Gürcüstanda koronavirusdan 9 pasiyent sağalıb.
Bu barədə stopcov.ge səhifəsinə də məlumat yerləşdirilib.
Veb səhifəyə yerləşdirilmiş bu saata olan məlumata əsasən, koronavirusa yoluxması təsdiqlənən 66 pasiyentdən 9-u sağalıb, karantin rejimində 3 min 320 nəfər, stasionar nəzarətdə isə -235 nəfər qalır.
Gürcüstanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.Virusdan sağalmış ilk pasiyent isə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasını martın 16-da tərk edib.
Klinikadan evə buraxılmış pasiyentlər ,rekomendasiyaya uyğun olaraq, iki həftə ərzində öztəcriddə qalırlar.
Müəllif – Sevinc Mustafayeva