Gürcüstanda koronavirusa yoluxanların sayı 77-dək yüksəldi – bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaia jurnalistlərə bildirib.
“Dünən səhər saatlarına olan göstəricilərdən sonra daha beş hal əlavə olundu. Bu gün səhər saatlarına olan göstəricilərə əsasən, ölkədə yoluxanların sayı 77-dir” deyə Ezuqbaia bildirib.
Laboratoriya yolu ilə təsdiqlənmiş 77 yoluxma halından 10-u sağalıb.
Müəllif – Sevinc Mustafayeva