Gürcüstanda koronavirus uşaqda təsdiqləndi

Gürcüstanda koronavirus halı bu səfər uşaqda qeydə alındı.

Bu haqda məlumatı Gürcüstanın Birinci Kanalı ilə söhbət zamanı İnfeksiya xəstəxanasının direktoru Tengiz Tsertsvadze təsdiqlədi.

Uşağı İnfeksiya xəstəxanasına özünü təcrid edən insanlar qrupu ilə bərabər gətirdilər.

Koronavirusa yoluxan uşaq 12 yaşındadır.

Gürcüstanda bu gün yenə səkkiz nəfərdə koronavirus infeksiyası qeydə alındı.

İnfeksiaya yoluxanlardan beş nəfər bir neçə gün ərzində özünü təcrid etmişdi. İlk yoxlanış zamanı onlarda koronavirus təsdiqlənmədi, ikinci yoxlanışda isə, infeksiya göründü.

Son göstəricilərə görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 23-dür.