Gürcüstanda hərbi muzeyin yaradılmasını nəzərdə tutan “Muzeylər haqqında” qanunlayihə parlamentə təqdim edilib
Gürcüstanda hərbi muzeyin yaradılmasını nəzərdə tutan “Muzeylər haqqında” qanunlayihə parlamentə təqdim edilib

 

Gürcüstanda hərbi muzeyin yaradılmasını nəzərdə tutan “Muzeylər haqqında” qanunlayihə parlamentə təqdim edilib. Qanunlayihədə Avropa İttifaqına üzv olan əksər dövlətlərdə, Amerika Birləşmiş Ştatlarında və Böyük Britaniyada mühüm funksional məna daşıyan milli hərbi muzeylərin yaradıldığı qeyd olunub.

Vladimer Çaçibaia, İrakli Beraia, Eliso Bolkvadze, Aleksandre Tabatadze, Qiorqi Xelaşvili, Resan Kontselidze və Aleksandre Elisaşvili qanunlayihənin təşəbbüskarlarıdırlar, onlar Milli Hərbi Muzeyin yaradılmasının bir tək hərb tarixi, hərbi texnika və silahlarla maraqlanan ictimaiyyət üçün deyil, həm də bu cür muzeylərin gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi və maarifləndirilməsi baxımından mühüm rol oynadığını düşünürlər.

“Bununla yanaşı, gələcəkdə hərbi muzey akademik dairələr üçün də mühüm informasiya mənbəyinə çevriləcək”- deyə izahat vərəqəsində deyilir.

Qanunlayihə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Hərbi muzeyin yaradılması , onun binada və açıq sahədə yerləşdirilməsi üçün zəruri xərclərin ehtimal olunan dəyəri qanunlayihədə göstərilib və 23 753 112 lari təşkil edir.

Şərh yaz