Gürcüstanda havalar bu gündən pisləşəcək

10:49, 16.04.2019

Gürcüstanda bu gündən havalar pisləşəcək. Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanda bəzi yerlərdə güclü yağış və dolu gözlənilir.

Sinoptiklərin proqnozuna görə, qərb isitqəmətli güclü külək əsəcək.

“16-18 apreldə Gürcüstanda havalar pisləşəcək, yağış yağacaq, bəzi yerlərdə güclü külək əsəcək, dolu gözlənilir.

17-18 apreldə havanın temperaturu aşağı düşəcək, yüksək dağlıq yerlərdə qar, dənizdə 3-4 ballıq fırtına gözlənilir. Gürcüstan çaylarında suyun səviyyəsinin artması mümkündür”, – Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Oxşar