Koronavirusa görə yaranan vəziyyətdən irəli gələrək, Gürcüstanda aprelin 21-nə qədər fövqəladə vəziyyət elan edilir.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.
“Bu gün Gürcüstan prezidentinə müraciət edirik ki, bütün Gürcüstan miqyasında, aprelin 21-nə qədər fövqəladə vəziyyət elan etsin” – dedi baş nazir.
Fövqəladə vəziyyətin elan edilməsi üçün parlamentin dəstəyi lazımdır.
Parlament fövqəladə iclası bu gün keçirəcək.